Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

A- A A+

Rusiya Federasiyasının Rostov vilayətində meşə təsərrüfatında baş verən yanğının sahəsi 117 hektara çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Yanğınların söndürülməsi küləkli hava səbəbindən çətinləşib, yaşayış məntəqələri üçün təhlükə yoxdur”, - deyə mətbuat xidmətindən bildirilir.

Meşə yanğınının söndürülməsinə 280 fövqəladə hallar xidmətinin mütəxəssisi və 83 texnika cəlb olunub. Həmçinin yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası da cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: