Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

A- A A+

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək “Sülh sammiti”ndə iştirak etmək niyyətində deyil.

NUHÇIXAN xəbər verir ki, bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.

Lakin indi onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: