Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar

A- A A+

“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan XİN-də saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

O da bildirilib ki, “Azatazen” təşkilatının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək polis əməkdaşlarının qarşısında dayanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: