Monqolustan və Belarus 10-dan çox əməkdaşlıq sənədi imzalayıb

A- A A+

Monqolustan və Belarus arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux və onun belaruslu həmkarı Aleksandr Lukaşenkonun iştirakı ilə 10-dan çox sənəd imzalanıb. Buraya iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri, kənd təsərrüfatı sahəsində əməkdaşlığa yönəlmiş yol xəritəsi, sürücülük vəsiqələrinin, təhsil şəhadətnamələrinin və elmi dərəcələrin qarşılıqlı tanınması ilə bağlı sazişlər daxildir.

Bundan əlavə, turizm, iqtisadiyyat, ətraf mühit, yüngül sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər də imzalanıb.

Qeyd edək ki, Belarus Prezidenti Lukaşenko şənbə günü yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin müşayiəti ilə Ulan-Batora dördgünlük dövlət səfərinə gəlib. Bu, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra Belarus prezidentinin Monqolustana ilk səfəri olduğu üçün xüsusi əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: