Rusiya: Ermənistan XİN və MN xəttilə bizimlə təmaslardan yayınmağa başlayıb

A- A A+

Ermənistan hakimiyyəti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xəttilə Rusiya ilə təmaslarda maraqlı olmağı dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlarımız XİN-lər arasında növbəti məsləhətləşmə planını hazırlamaq və imzalamaq təklifimizə maraq göstərmədilər. Müdafiə qurumları xətti ilə təmasların dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim təqsirimiz üzündən deyil.

Hərbi-texniki əməkdaşlıq da zəifləyib. Bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

"Buna baxmayaraq, ümid edirik ki, Ermənistan hakimiyyətinin problemli və qıcıqlandırıcı məqamların aradan qaldırılması üzərində açıq şəkildə səsləndirdiyi əhval-ruhiyyə praktiki təcəssüm edəcək. Buna hazırıq", - Qaluzin deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: