Rusiyada iki tramvayın toqquşması nəticəsində bir nəfər ölüb

A- A A+

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib.

“Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb. Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik”, - o qeyd edib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: