Çin arxeoloqları Xunan vilayətində neolit dövrünə aid yaşayış məntəqəsinin qalıqları olan müdafiə divarlarını və xəndəkləri aşkarlayıblar.
NUHÇIXAN Çin KİV-lərinə istinadla xəbər verir ki, tarixçi-arxeoloqlar 25 hektarlıq sahəsi olan yaşayış məntəqəsinin eramızdan əvvəl 3-cü minillikdə salındığını və təxminən min il istifadə olunduğunu güman edirlər.
Arxeoloji qrupun rəhbəri Van Lyancı bildirib ki, yaşayış məntəqəsinin 2 qat xəndəklə əhatə olunması o vaxtkı dövr üçün Yanqzı çayı regionunda nadir haldır. Bundan başqa, yaşayış məntəqəsinin divarlarının inşasında bir neçə materialdan istifadə olunub ki, bu da Çində tapılmış digər qədim yaşayış məntəqələrinin divarlarından fərqlidir.