TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, bəyannamənin qəbulu ilə plenar iclas başa çatıb.
Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.