NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Finlandiyaya iki günlük səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberqin mövqeyini təkrarlayan Stubb Finlandiyanın da Ukraynaya qoşun göndərmək planının olmadığını söyləyib. O, Finlandiyanın müttəfiqləri ilə birgə Ukraynaya dəstək məsələsinə dair müzakirələr aparıldığını vurğulayıb.