ABŞ demokratiyası absurd bir prosesə çevrilib və hakim sinfin maraqlarının müdafiəçisi qismində çıxış edir
ABŞ-ın Rutqers Universiteti yanında fəaliyyət göstərən Tədqiqat Mərkəzinin araşdırmasına əsasən, bu ölkədəki afroamerikalıların 60 faizi şəhərlərin kasıb hissələrində yaşayır və tez-tez zorakılığa məruz qalırlar.
NUHÇIXAN xəbər verir ki, aparılan tədqiqatlar qaradərili amerikalıların hüquqlarının mütəmadi olaraq pozulduğunu göstərir və bu, aysberqin görünən tərəfidir. İrqçiliklə yanaşı, kasıblarla varlılar arasında fərq gündən-günə artır, varlılar getdikcə daha da varlanır, kasıblar isə yoxsul vəziyyətə düşürlər. ABŞ-da emiqrantlara qarşı da zorakılıq tətbiq edilir.
Bu ölkədə insan hüquqlarının vəziyyəti ilə əlaqədar 2023-cü ildə hesabat dərc olunub. Həmin hesabatda qeyd olunub ki, il ərzində odlu silahın tətbiqi ilə 43 min nəfər, yəni, hər gün orta hesabla 117 nəfər öldürülüb. Eyni zamanda, diqqətə çatdırılıb ki, ABŞ siyasətçilərini yalnız öz pulları və vəzifələri maraqlandırır. Müxtəlif silahların sərbəst satışı və bunun nəticəsində minlərlə insanın qətlə yetirilməsi onları qətiyyən düşündürmür. ABŞ cəmiyyətində bir qrup varlı insan siyasəti və iqtisadiyyatı monopoliyasında saxlayır. Əksəriyyətin hüquq və azadlıqlarının qorunmasına isə barmaqarası yanaşılır. Hesabatda göstərilib ki, ABŞ-ın iqtisadi resurslarının 66,6 faizi cəmi 10 faiz insanın əlində cəmləşib. Əhalinin 50 faizi iqtisadi resursların yalnız 2,6 faizinə nəzarət edir.
ABŞ demokratiyası absurd bir prosesə çevrilib və hakim sinfin maraqlarının müdafiəçisi qismində çıxış edir. “Amerika demokratiyası” anlayışı artıq gülüş doğurur. Sosioloji sorğuların nəticələrinə görə, əhali seçkilərə də istehza ilə yanaşır və qeyd edir ki, orada həmişə varlı şəxslər qalib gəlir. “ABŞ demokratiyası” bu və ya digər dövlətə müdaxilə etmək üçün təzyiq vasitəsinə çevrilib. Ukraynaya ağır silahlar verməkdən tutmuş İrana, Suriyaya, Kubaya qarşı sanksiyalar tətbiq etməyədək ABŞ-ın həyata keçirdiyi siyasət həmin ölkələrin daxili işlərinə müdaxilədən başqa bir şey deyil. “Demokratiya” adı altında dövlətlərin daxili işlərinə qarışmaqla ABŞ dünyada hegemonluğunu qoruyub saxlamağa çalışır. ABŞ-ın sanksiyaları humanitar böhranlar yaradır və insanların təbii hüquqları pozulur. O, bunu demokratiya pərdəsi altında həyata keçirir. Halbuki ABŞ-ın özündə demokratiya və insan hüquqları ilə bağlı çox ciddi problemlər var. ABŞ-da demokratiya, hüquq və azadlıqlar yalnız bir qrup varlı insan üçündür, əhalinin qalan hissəsi üçün isə bu, polis dəyənəyindən ibarətdir.