Dunay çayında suyun səviyyəsi qalxıb

A- A A+

Dunay çayının Macarıstan ərazisindən keçən hissəsində suyun səviyyəsi bu gün ən yüksək həddə çata bilər.

NUHÇIXAN Macarıstan mediasına istinadla xəbər verir ki, paytaxt Budapeştin meriyası şəhərin Buda və Peşt tərəflərində aşağı sahil ərazisini hər ehtimala qarşı bağlamağa qərar verib.

Təbii fəlakət kritik miqyasda olmasa da, hər halda Macarıstanın Dunay çayının sahilindəki vilayətlərinə təsir edib. Bunun səbəbi son iki həftədə Mərkəzi Avropada müşahidə edilən intensiv yağışlardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: