İsrail ordusu Qəzza zolağına hava və quru hücumu təşkil edib.
NUHÇIXAN NTV-yə istinadən xəbər verir ki, Qəzzadakı Nuseyrat qaçqınlar düşərgəsinə də zərbələr endirilib. Nəticədə 210 nəfərin öldüyü, ən azı 400 nəfərin yaralandığı bildirilir. Yaralılar Deyr əl-Bələhdəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına yerləşdirilib.
Bildirilib ki, Əl-Əqsa Xəstəxanası bölgədəki yeganə xəstəxanadır və hazırda yalnız generatorla işləyir.