2018-ci ildə Ermənistanda hərbi xidmət edən, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz xidmət keçən 63 erməni hərbçi həlak olub.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun illik hesabatında deyilir.
Həlak olan hərbçilərdən 27 nəfəri əsgər, 23-ü müqavilə əsasında xidmət edən hərbi qulluqçu, 2-si gizir, 11 nəfəri zabitdir.
Hesabata əsasən, onlardan 7 nəfəri döyüş postunda olarkən həyatını itirib, 11 nəfər isə intihar edib. Bundan başqa, 3 nəfər xəstəlikdən, 6 nəfər avtomobil qəzasında ölüb.