ÜST Hindistanın Qərbi Benqal əyalətində quş qripinə yoluxma faktını təsdiqləyib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın şərqindəki Qərbi Benqal əyalətində insanda quş qripinə yoluxma faktını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, qlobal səhiyyə qurumunun məlumatına görə, H9N2 virusuna yoluxma dörd yaşlı uşaqda aşkarlanıb.

Uşaq hazırda sağlamdır. O, diaqnoz və müalicədən üç ay sonra xəstəxanadan buraxılıb.

Qeyd edək ki, bu, Hindistandan ÜST-yə bildirilmiş quş qripinə ikinci yoluxma hadisəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: