ÜST: Sudanda kütləvi aclıq təhlükəsi mövcuddur

A- A A+

Sudanlılar əsas səhiyyə xidmətlərinə çıxışın olmaması səbəbindən ölür və bəzi bölgələr aclıq riski altındadır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Sudanda dünyanın ya unutduğu, ya da məhəl qoymadığı müharibə gedir”, - o deyib. “Ölkə dünyanın ən böyük humanitar böhranı ilə üzləşib. Münaqişədən təsirlənən ştatlarda xəstəxanaların 70 %-dən çoxu işləmir. İnsanlar əsas səhiyyə xidmətlərinə və dərmanlara çıxışın olmamasından ölür, bəzi bölgələrdə kütləvi aclıq riski çox realdır", - Qebreyesus əlavə edib.

O, bütün Sudanda telekommunikasiyaya çıxışın sürətlə bərpasına çağırıb və rabitədəki nasazlığın xəstəliklərə nəzarət sisteminə təsir etdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: