Belarus Ermənistandakı səfirini geri çağırır

A- A A+

Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:

“Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvandan olan səfirimiz də Minskə gələcək”.

O vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: