Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb

A- A A+

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.

NUH “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.

Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: