Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb

A- A A+

Qazaxıstanın qərbində Uralsk şəhərində qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerli bazarların birində baş verib. Nəticədə ikisi yeniyetmə olmaqla 10 nəfər xəsarət alıb.

Həkimlərin müayinəsindən sonra iki şəxs evə buraxılıb, digərləri həkim nəzarətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: