Gürcüstanda zəlzələ olub

A- A A+

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 4,4 maqnitudalı zəlzələ olub.

NUHÇIXAN əbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə 4 maqnitudalı afterşok qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: