Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

A- A A+

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib.

“Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: