Netanyahu Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda ABŞ nümayəndəsini qəbul edib

A- A A+

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri, Livanla sərhəd ətrafında aparılan danışıqlarda vasitəçi olan Amos Hokşteyni qəbul edib.

NUHÇIXAN "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

Məlumata görə, görüşdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer də iştirak edib. Ofis danışıqların təfərrüatlarını açıqlamayıb.

Hokşteyn ABŞ Prezidenti Cozef Bayden administrasiyasının İsrail-Livan sərhədində “eskalasiyanın qarşısını almaq” səyləri çərçivəsində Təl-Əvivdədir. Onun İsraildə müxalifət liderləri Yair Lapid və Benni Qantzla görüşü nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: