Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib

A- A A+

Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Mərakeş Krallığının Silahlı Qüvvələri bəyanat yayıb. Açıqlamada bildirilir ki, donanma birliyi həyata keçirdiyi əməliyyat zamanı Afrikanın şimal-qərb sahillərində İspaniya arxipelaqı olan Kanar adalarına gedən qayığın qarşısını alıb.

Böyük Səhra ətrafındakı ərazilərdən olan miqrantlar ilkin tibbi yardım göstərildikdən sonra standart inzibati prosedurlar üçün Mərakeş Krallığı Jandarmına təhvil verilib.

Xatırladaq ki, Mərakeş Avropaya getmək istəyən bəzi Qərbi afrikalı miqrantlar üçün tranzit mərkəzinə çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: