Qırğızıstanda ağır yol qəzasında altı azyaşlı ölüb

A- A A+

Qırğızıstanda 4-9 yaş arası altı azyaşlı minik avtomobilinin su hövzəsinə düşməsi nəticəsində ölüb.

NUHÇIXAN TASS-a istinadən xəbərinə görə, bu barədə Çuy vilayətinin Daxili İşlər İdarəsindən (Qırğızıstanın Bişkek şəhərində dövlət polisi) məlumat verilib.

Qeyd edilir ki, salonunda 11 sərnişinin, o cümlədən 8 uşağın olduğu minik avtomobili su hövzəsinə düşüb.

Altı azyaşlı avtomobildən çıxa bilməyərək, boğulub.

İlkin məlumata görə, sürücü idarəetməni itirib, bundab sonra avtomobil su anbarına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: