Cənubi Koreya hərbçiləri Şimali Koreya əsgərlərinə atəş açıb

A- A A+

Şimali Koreya əsgərləri yenidən koreyalararası quru sərhədini keçiblər, bundan sonra Cənubi Koreya ordusu xəbərdarlıq atəşi açıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah rəislərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Şimali Koreya ordusunun son bir ayda üçüncü sərhəd pozuntusudur.

Bildirilib ki, hadisə iyunun 20-də baş verib. Şimali Koreya əsgərləri sərhədin mərkəzi hissəsində demilitarizasiya zonası daxilində demarkasiya xəttini keçib və xəbərdarlıq atəşindən sonra geri qayıdıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: