Almaniyada Ermənistan vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb

A- A A+

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər xarici kəşfiyyatın göstərişi ilə Almaniyada bu ölkədə olan “Ukraynadan olan şəxs” haqqında məlumat toplamaq məqsədi ilə olub.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun 20-də isə hakim onların həbsi üçün order verib və icra edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: