Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar

A- A A+

Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Palestine Action" hərəkatının saytında yayılan press-relizdə deyilir.

“Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar”, - məlumatda bildirilir.

Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.

Fəallar, həmçinin Kembric Universitetini Qəzza zolağındakı döyüşləri maliyyələşdirməkdə ittiham edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: