İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

A- A A+

Qlobal iqlim dəyişikliyinin şəhərlərə necə təsir etdiyini öyrənmək üçün Merilend Universitetinin Ekoloji Elmlər Mərkəzi yeni veb proqram hazırlayıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, insanlar yeni veb proqram sayəsində bu dəyişikliklərin onların doğma şəhərlərinin iqliminə necə təsir edəcəyini öyrənə bilərlər.

İnteraktiv proqram şəhərlərin gələcək iqlimini digər regionların cari iqlimi ilə müqayisə edərək, bütün dünyada 40 581 yer və 5 323 şəhər rayonu üçün istifadəçilərə iqlim proqnozlarını tədqiq etməyə imkan verir. Bu cür yanaşma bizi yaxın gələcəkdə nə gözləyəcəyini dərk etməyə kömək edir.

Professor Metyu Fitspatrik bildirib ki, 50 ildən sonra şimal yarımkürəsinin şəhərləri cənubdakı şəhərlərlə oxşar olacaq. Vurğulayıb ki, ekvatora daha yaxın yerlərdə əlverişli iqlim şəraiti azdır. Yer üzündə bu yerlərin gələcəkdə necə olacağını göstərən heç bir vasitə yoxdur.

Ekoloq bir yerin proqnozlaşdırılan iqlimini digərinin hazırkı iqlimi ilə müqayisə edərək, qarşıdan gələn dəyişiklikləri dərk etməyə kömək edən iqlimin analoq xəritəsi adlanan üsuldan istifadə edib. Burada iki ssenari üzrə 30 il ərzində gözlənilən temperatur dəyişikliklərini göstərmək üçün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupun (İDHEQ) ən son məlumatlarından istifadə edilib.

İqlim dəyişikliyinin xarakteri emissiyaların səviyyəsindən asılı olduğundan, proqram həm yüksək, həm də azaldılmış emissiya ssenariləri üçün nəticələri göstərir. İstifadəçilər öz şəhərləri üçün ən yaxşı iqlim uyğunluqlarını görə və onları digər yerlərin hazırkı iqlimi ilə müqayisə edə bilərlər.

Ssenari istixana qazlarının yüksək emissiyalarını ehtimal edir ki, bu da planetin 12 dərəcə istiləşməsinə gətirib çıxara bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: