Yaponiya sahillərində 5 maqnitudada zəlzələ baş verib

A- A A+

Yaponiyanın Honsü adası sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 357 min nəfər əhalisi olan İvaki şəhərindən (Fukusima prefekturası) 21 km şimal-şərqdə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: