Dağıstanın daha bir şəhərində atışma olub, bir polis ölüb, altısı yaralanıb

A- A A+

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir.

Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir. “BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.

Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: