Türkiyədə əməliyyat keçirilib, qırmızı kateqoriyada olan terrorçu öldürülüb

A- A A+

Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində həyata keçirdiyi “Bozdağan-45” əməliyyatı nəticəsində qırmızı kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, “Beritan Amara” kod adlı terrorçu rəhbər şəxslərdən olub.

Əməliyyat nəticəsində həmçinin “Zeynep Cüdi” kod adlı Zeynep Nibat da öldürülüb.

Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: