ABŞ Gürcüstanı Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət edib

A- A A+

ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen əcnəbi jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlayıb.

“Onlar tərəfdaşlar üçün tədbirlərə dəvət olunublar”, - diplomat qeyd edib. Onun sözlərinə görə, sammitə NATO-nun bütün tərəfdaşları dəvət olunub.

Eyni zamanda o, əlavə edib ki, Vaşinqton hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının “çox azsaylı liderindən qaynaqlanan qərarlar və ritorikadan çox narahatdır”. O'Brayenin fikrincə, Gürcüstan iqtidarının hərəkətləri Tbilisinin Aİ və NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: