Orban Ukraynanın Aİ-yə qəbul edilməsinə mane olmayacaq

A- A A+

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları tənqid etsə də, prosesə müdaxilə etməyəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, Macarıstan hökumətin başçısı Ukraynanın Avropa İttifaqına üzvlüyünü siyasi motivli proses adlandırıb. Bununla yanaşı, o, müharibə şəraitində olan ölkənin ittifaqa qəbul edilməsinin nəticələri barədə xəbərdarlıq edib.

“Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesi ilə razılaşmır, lakin buna mane olmayacaq. Biz danışıqlara başlamasının tərəfdarıyıq”, – deyə “Tagesschau” nəşri baş nazirin sözlərindən sitat gətirib.

Ötən həftə Avropa İttifaqı Şurası nazirlər səviyyəsində Ukrayna və Moldovanın quruma üzvlüyü ilə bağlı danışıqların iyunun 25-də başlayacağını təsdiqləyib.

Hər hansı ölkənin Avropa İttifaqına namizəd statusu alması və ya bu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul edilməsi anlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç bir öhdəlik qoymur.

Xatırladaq ki, 1999-cu ildə namizəd statusu alan Türkiyənin üzvlük barədə danışıqları 2005-ci ildən davam edir. Şimali Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə 2012-ci ildən Aİ üzvlüyünə namizəddir. 2013-cü ildə Avropa İttifaqına qəbul edilən sonuncu ölkə - Xorvatiya üçün bu proses on il çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: