Qafqazda sülhün təmin olunmasına, dost və qardaş ölkələrin maraqlarının qorunmasına dəstək verməyə davam edəcəyik.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə quru qoşunlarının yaranmasının ildönümü münasibətilə şəxsi heyətə müraciətində deyib.
O bildirib ki, Türkiyə quru qoşunları sərhədlərin təhlükəsizliyinin təmin olunmasından tutmuş terrorla mübarizəyə qədər bütün vəzifələri uğurla yerinə yetirməkdədir:
“Həmçinin Qafqazdan Balkanlara, Qara dənizdən Afrikaya qədər bütün regionlarda dost və müttəfiq ölkələrin maraqlarının qorunmasına dəsətk verməyə davam edirik”.