Yeni Kaledoniyada parlament seçkilərinin birinci turunda iğtişaşlar baş verib

A- A A+

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailu kommunasında seçki məntəqələrində pozulub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Outre-mer La Premiere” telekanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər bələdiyyə binasının girişini avtomobillə kəsərək yandırıblar, həmçinin orada ağır beton blok və ağac budaqlarını qoyublar.

Nəticədə nə seçicilər, nə də bələdiyyə sədri binaya daxil ola biliblər.

Ümumilikdə iğtişaşlarda 100-dən çox adam iştirak edib. Hadisə yerinə jandarm xüsusi təyinatlıları göndərilib, lakin media qarşıdurma nəticəsində başqa heç kimin xəsarət almadığını bildirib.

İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir. Yeni Kaledoniyada seçkilər xüsusilə gərgin ab-havada keçirilir, çünki bu dənizaşırı ərazidə respublika hökumətinin başlatdığı seçki islahatına etirazlar hələ də tam səngiməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: