ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

A- A A+

İyunun 30-da nəticələri yayımlanan sorğu zamanı qeydə alınmış seçicilərin 72 faizinin ABŞ Prezidenti Co Baydenin dövlət başçısı vəzifəsində çalışmaq üçün tələb olunan psixi və idrak sağlamlığına malik olmadığına inandığı məlum olub.

NUHÇIXAN “CBS News/YouGov” tərəfindən aparılan sorğunun nəticələrinə istinadla xəbər verir ki, noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində keçirilən ilk canlı prezident debatından sonra Baydenin zehni olaraq dövlət başçısı vəzifəsinə yararlı olub-olmaması ilə bağlı narahatlıq artıb.

Sorğu göstərir ki, demokratların 45 faizi Baydenin səhhəti ilə bağlı prezidentlik yarışından geri çəkilməli olduğuna inanır.

Sabiq Prezident Donald Trampın prezidentliyə əqli və koqnitiv uyğunluğu barədə suala isə seçicilərin 50 faizi “bəli”, 49 faizi isə “yox” cavabını verib.

CNN tərəfindən keçirilən debat Baydenin ikinci müddət üçün iş qabiliyyəti ilə bağlı müzakirələri gücləndirib. Trampın açıq bir üstünlük əldə etməməsinə baxmayaraq, Baydenin danışıq tərzi ABŞ ictimaiyyətində narahatlığı artırıb.

Baydenin namizədliyini geri götürməsinə çağırışların artması fonunda, Texasdan olan Respublikaçı konqresmen Çip Roy ABŞ Konstitusiyasının 25-ci Düzəlişinə uyğun olaraq, Konqresə vitse-prezident Kamala Harisi Prezident səlahiyyətlərini icra etmək üçün hökumətin iclasını keçirməyə çağıran qətnamə təqdim edib.

Royun qətnaməsində deyilir ki, Bayden dəfələrlə və açıq şəkildə prezidentlik, o cümlədən Ali Baş Komandanın səlahiyyətlərini və vəzifələrini yerinə yetirə bilmədiyini nümayiş etdirib.

ABŞ Konstitusiyasının 25-ci Düzəlişinə əsasən, vitse-prezident və Nazirlər Kabinetinin əksəriyyəti prezidentin “öz səlahiyyətlərini və vəzifələrini yerinə yetirə bilməyəcəyini” elan etmək və vitse-prezidentə prezident səlahiyyətlərini icra etmək vəzifələrini vermək üçün səsvermə keçirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: