Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada 13 terrorçunu öldürüb

A- A A+

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 13 silahlısını öldürüb.

NUHÇIXAN “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, İraqın şimalında “Pence” və “Pençe-Kilit“ əməliyyatı nəticəsində 10 terrorçu, Suriyanın şimalında “Zeytun budağı” (“Zeytun dalı”) əməliyyatında isə 3 PKK/YPG-çi öldürülüb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: