Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

A- A A+

Ankaranın xarici siyasəti Türkiyə dövlətinin və xalqının maraqlarını təmin etməyə yönəlib. Ölkəmiz vaxtaşırı olaraq milli maraqlar baxımından siyasi kursunu yeniləyir, eyni zamanda, Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması istiqamətində addımlar atmaqdan çəkinmir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü, iyulun 3-də yaydığı məlumatda deyilir.

Nazirlik Türkiyənin beynəlxalq arenada əsas prinsiplərinin beynəlxalq hüquqa, humanizmə və qlobal ədalət istəyinə sadiqlik olaraq qaldığını vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın Suriya münaqişəsinə münasibətini xatırladıb, eyni zamanda, xarici siyasət idarəsi Ankaranın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyinə diqqət çəkib: “Hökumət Türkiyənin maraqlarına əsaslanaraq, Yaxın Şərq regionunda sülhün, sabitliyin və rifahın təmin edilməsinə töhfə verməyə çalışır”.

Türkiyə XİN vurğulayıb: “Türkiyənin Suriyada humanitar faciəyə səbəb olan daxili qarşıdurma ilə bağlı prinsipial mövqeyi münaqişənin başlanğıcından bəri dəyişməz olaraq qalıb.

Məlumatda bu kontekstdə Türkiyənin bölgədəki xarici siyasətini müəyyən dairələr üçün qısamüddətli siyasi dividend adı altında tənqid etməyin yolverilməz olduğu vurğulanır.

“Uzun illərdir ki, Türkiyə atəşlə dolu bir bölgədə sabitlik adası olaraq qalır, türk xalqının təhlükəsizliyi və rifahı təmin edilir. Eyni zamanda, Ankara müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda terrora güclü zərbə vurur. Xarici siyasət bundan sonra da Türkiyənin maraqlarını təmin etməyə yönəldiləcək”, -deyə sənəddə qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: