Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

A- A A+

Fransada parlament seçkilərinin ikinci turunun nəticələrində kimin tam üstünlüyə malik olacağının suallar doğurması Daxili İşlər Nazirliyində narahatlıq doğurub. Seçki gecəsində ifrat sağçıların və ifrat solçuların iğtişaş yaradacağı ehtimal edilir.

NUHÇIXAN xəbər verir ki, Fransanın daxili işlər naziri Jeral Darmanən Paris şəhərində və onun ətrafında 5000 polis olmaqla, ölkədə ictimai asayişi təmin etmək üçün həmin gecə ümumilikdə 30 min polis və jandarma əməkdaşının səfərbər olunacağını deyib. O bildirib ki, bu, ultrasolçuların və ya ultrasağçıların yarada biləcəkləri asayiş pozuntusunun qarşısını almağa kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: