Dörd ölkə NATO ilə əməkdaşlıq mexanizmi yaradır

A- A A+

Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya hökumətləri NATO rəhbərliyi ilə əməkdaşlıq üçün daimi strukturun yaradılması ilə bağlı məsləhətləşmələr aparır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sankei” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində dörd ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yun Sok Yol iştirak edəcək. Bu görüş çərçivəsində Şimali Atlantika Alyansı ilə müntəzəm təmaslar və əməkdaşlıq sisteminin gücləndirilməsi məsələsini müzakirə etmək üçün dördlüyün ayrıca görüşünün keçiriləcəyi gözlənilir. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden bu görüşdə qısamüddətli iştirak edə bilər.

Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya NATO-nun daimi tərəfdaşları statusuna malikdirlər, onların Brüsseldə alyansın qərargahında nümayəndəlikləri var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: