Türkiyənin müxtəlif ərazilərində meşə yanğınları olub

A- A A+

Türkiyənin Aydın əyalətinin Bozdoğan və Nazilli bölgələrindəki yeddi fərqli ərazidə baş verən meşə yanğını nəticəsində 10 hektar sahəyə ziyan dəyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “NTV Haber” məlumat yayıb.

Bildirilib ki, yanğına səbəb şimşək çaxması olub.

Təcili müdaxilə nəticəsində yanğınlar söndürülüb.

İnsan tələfatı barədə məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: