Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

A- A A+

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib.

NUHÇIXAN “Figaro”ya istinadla xəbər verir ki, böyük şəhərlərin çoxunda etiraz aksiyaları keçirilib. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.

Nant şəhərində keçirilən aksiyada bir polis əməkdaşı xəsarət alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: