Türkiyə müttəfiq ölkələr üçün daha 150 “KAAN” istehsal edəcək

A- A A+

Türkiyə müttəfiq ölkələr üçün daha 150 ədəd "KAAN" pilotsuz döyüş təyyarəsi istehsal edəcək.

NUHÇIXAN “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Demiroğlu bildirib.

Bu planın konkret olaraq hansı müddətə icra ediləcəyi açıqlanmasa da, qardaş və müttəfiq ölkələrdən bu döyüş təyyarəsinə çox ciddi maraq olduğu vurğulanıb

"Qarşıdakı illərdə, ilk növbədə, öz Hava Qüvvələrimizin ehtiyaclarını ödəmək şərti ilə cəmi 250-300 ədəd "KAAN" istehsal etməyi planlaşdırırıq", -M.Demiroğlu deyib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: