Napoleonun iki tapançası hərracda 1,83 milyon dollara satılıb

A- A A+

Napoleon Bonapartın milli sərvət kimi tanınan iki tapançası Fransada keçirilən hərracda öz alıcısını tapıb.

NUHÇIXAN France-Presse agentliyinə istinadla xəbər verir ki, 1814-cü ildə taxt-tacdan imtina etmədən öncə I Napoleona məxsus olan iki bəzəkli tapança hərracda 1,69 milyon avroya (1,83 milyon dollar) satılıb.

“Osenat” və “Rossini” satış evləri alıcı haqqında məlumat verməsələr də, satışı uğurlu hesab ediblər.

Agentlik bundan öncə Fransa Mədəniyyət Nazirliyinin Napoleon Bonaparta məxsus tapançaların ölkədən çıxarılmasına qadağa qoyduğu barədə məlumat yaymışdı. Hakimiyyət orqanları bu yolla tapançaları geri alaraq ölkədə saxlamaq şansı qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: