Ukrayna DİN: Rusiya SQ-nin hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin (SQ) Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 20 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

NUHÇIXAN Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Krivoy Roq şəhərində Rusiya SQ-nin raket hücumları nəticəsində həlak olanların sayı 10 nəfər olub.

Bütün təcili yardım, kommunal və tibb bölmələri işləyir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri hücum zamanı 40-dan çox müxtəlif tipli raketlərdən istifadə edib. Nəticədə yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: