Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

A- A A+

Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.

NUHÇIXAN “Times of India” saytına istinadla xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb. Məlumata görə, avtobusda 50 nəfər olub.

Xəsarət alan 19 nəfər xəstəxanalara yerləşdirilib. Polis hadisəyə avtobus sürücüsünün sürət həddini aşmasının səbəb olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: