Türkiyə zəlzələ zonasının bərpasına xarici mənbələrdən 3,8 milyard dollar cəlb edib

A- A A+

Bu günədək Türkiyə hökuməti 2023-cü il fevral ayında baş vermiş zəlzələlərdən zərər çəkmiş 11 vilayətin bərpasına xarici mənbələrdən 3,8 milyard dollar cəlb edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.

Onun sözlərinə görə, fəlakət zonasının səhiyyə sisteminin bərpasına 250 milyon avro məbləğində kreditin son tranşı güzəştli şərtlərlə Aİ banklarının birindən alınıb.

“Ankaranın tərəfdaşlarının 2023-cü il fevralın 6-da episentri Kahramanmaraşda olan zəlzələ zonasının bərpası prosesini dəstəkləməyə hazır olması Türkiyəyə və beynəlxalq maliyyə bazarının bütün qaydaları və tələblərinin yerinə yetirilməsinə əsaslanan hökumətin rasional siyasətinə etibarın göstəricisidir”, - deyə maliyyə naziri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: