Fransanın Ruan şəhərindəki məşhur kilsənin qülləsi yanır.
NUHÇIXAN “The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə şəhərin meri Nikolas Meyer-Rossinol öz sosial hesabında məlumat verib.
“Yanğın kafedralın qülləsində başlayıb, onun səbəbi hələlik məlum deyil”, - deyə şəhər meri bildirib. Qeyd edək ki, kilsə XII əsrə aiddir.