Polşa 2025-ci ildə müdafiə büdcəsini rekord səviyyədə - təxminən 10 faiz artıracaq.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik TVN24 telekanalına müsahibəsində bildirib.
“Milli Müdafiə Nazirliyinin büdcəsi ölkə tarixində ən böyük büdcə olacaq, 2024-cü illə müqayisədə təxminən 10 faiz artacaq. Bu, təkcə nominal baxımdan yox, həm də ÜDM-yə münasibətdə rekord vəsaitli büdcə olacaq”, - deyə nazir müavini bildirib.
2024-cü ildə Polşanın hərbi xərcləri 159,9 milyard zlotı (40,6 milyard dollar) olmalı və ya ÜDM-in 4,2 faizini təşkil etməlidir. Büdcədən maliyyələşmə ilə yanaşı, bu xərclərə Silahlı Qüvvələrə Dəstək Fondundan da vəsait ayrılır.