Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında aparılan antiterror əməliyyatları nəticəsində son bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib, çox sayda silah-sursat müsadirə edilib. Bununla da ilin əvvəlindən zərərsizləşdirilən terrorçu sayı 1355-ə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib. Hesabatda ölkədə aparılan təhlükəsizlik tədbirləri haqda da məlumat verilib.
Qeyd edilib ki, ötən həftə qanunsuz yollarla Türkiyə ərazisinə daxil olmağa cəhd göstərən 929 nəfərin qarşısı alınıb. İlin əvvəlindən indiyədək qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışanların sayı isə 64 min 362-ə yüksəlib. Yanvarın 1-dən indiyədək sərhəddə şübhəli bilinən 6 min 367 nəfər saxlanılıb. Onlardan 338-i son bir həftə ərzində ələ keçirilib.