HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib

A- A A+

HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.

NUHÇIXAN AFP-yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi bildirib.

O, HƏMAS-ın İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarını açıqlayıb.

Belə ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: